Yeni il qabağı bir sıra kənd təsərrüfatı məhsulları bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox müşahidə olunur.
Tacxeber.com xəbər verir ki, Baku TV-nin əməkdaşı Quba bazarında kənd yumurtasının hazırkı qiyməti ilə maraqlanıb.
Bazarda həm alıcılar, həm də satıcılar qiymətlərin günü-gündən qalxdığını bildiriblər.
“Əvvəl yumurtanı 15 qəpiyə satırdıq. İndi yumurta çörək qiymətinə olub, ceyran belinə çıxıb, tutmaq olmur”, – deyə satıcılardan biri qeyd edib.
Alıcılar yumurtanın qiymətinin qalxmasını yem tədarükünün bahalaşması ilə əlaqələndirirlər. Qeyd edək ki, Quba ilə yanaşı, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarında da vəziyyət oxşardır.