• 22 Noyabr 2024 23:56

Rusiyanın 9 PUA-sı vuruldu

Rusiyanın 9 PUA-sı vuruldu

 

“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir:

“Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib”.

Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub.

Tacxeber.com

Oxşar xəbərlər