Yeni il yolkasından asılan əlvan, parıldayan bəzəklər bəzi xəstələrə neqativ təsir edə bilər.
Tacxeber.com xəbər verir ki, həkim Sergey Xomyakov xüsusən mavi rəng bəzəklərin təhlükəli olmasına aydınlıq gətirib.
“Mavi rəng parıltılı şüşələrdə və işıqlarda işıq intensivliyi axını az olduğu üçün gözdən beyinə təsiri azdır.
Çox parıldayan və işığı əks etdirən, rəng çaları qarışıq yeni il bəzəkləri nevroloji uşaqlara pis təsir edə bilər.Xüsusən yolkaya sarılan yanıb sönən işıqlar epilepsiya tutmalarını artırır, beyində ocaqları qıcıqlandırır.
Epilepsiya tutması olan və ya buna meyilli uşaqlarda bu neqativ fəsada gətirib çıxara bilər.
Eləcə də yatanda gecə yolka üzərində işıqların yanıb sönməsi də yuxu problemi yaradır və çirkad bioritmləri pozur. Belə işıqlar gecələr söndürülməlidir”.