• 22 Noyabr 2024 23:26

Saakaşvilinin məktubu: Putin öldürmək əmri verib

 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub göndərib.

Tacxeber.com xəbər verir ki, Saakaşvili məktubunda Putinin göstərişi ilə zəhərləndiyini bildirib.

Hüquq müdafiəçisi Mark Feyqin Saakaşvilinin ona göndərdiyi məktubu şəxsi Tvitter hesabında paylaşıb:

“Əziz Mark, bayramınız mübarək. Mən çoxdan sizin fanatınızam və hələ də sizi müntəzəm olaraq izləyirəm. Putin həqiqətən məni həbsxanada öldürmək əmrini verib. Amerikalı toksikoloqlar həbsxanada zəhərləndiyimi və bütün bunların mənim simptomlarımda üzə çıxdığını dəqiq müəyyən etdilər. Mən bütün bunlara dözməyə çalışıram. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mark Feyqin isə Gürcüstanın sabiq prezidentinin məktubuna bu cür cavab verib:

“Mixail Saakaşvili mənə həbsxanadakı xəstəxanadan məktub göndərdi. Əgər biz heç nə etməsək, Mixail Nikoloz oğlu öləcək”.

Tacxeber.com

Oxşar xəbərlər