• 23 Noyabr 2024 07:22

“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat edib

Vətən müharibəsi dövründə Ermənilərin Gəncə şəhərini raket atəşinə tutduğu gün “TRT Haber” telekanalına müsahibə verərkən dediyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə tanınan Gəncə şəhər sakini, Taryel Şahverdiyev 60 yaşında dünyasını dəyişib.

Tacxəbər  “report”-a istinadən xəbər verir ki, onun infarkt keçirərək vəfat etdiyi bildirilir.

Qeyd edək ki, T.Şahverdiyev Birinci Qarabağ müharibəsi qazisi olub.

O, 1991-ci ildə Gəncə şəhəri komsomol katibi, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbə olduğu halda ailəsindən xəbərsiz cəbhəyə gedib və daha sonra Gəncə taborunun komandiri olub.

Tacxeber.com

Oxşar xəbərlər