Əldə olunan qeyri rəsmi məlumatlara inansaq Kadi qış fasiləsindən sonra Ağdam klubuna qayıtmayacaq.
Belə ki, braziliyalı futbolçu Rusiyanın “Krasnodar” klubu ilə demək olar bütün məsələlərdə anlaşıb. Üstəlik, yarımmüdafiəçinin “Qarabag”la müqaviləsində bənd var ki, hansısa klub 5 milyon dollar ödəsə, Ağdam təmsilçisi onu sərbəst buraxacaq.
Tibbi baxışda və danışıqların sonrakı mərhələsində hansısa gözlənilməs hadisə olmasa, Kadi “Qarabağ”ı məhz “Krasnodar”a dəyişəcək.
Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, Azərbaycan çempionunun heyətində 74 oyuna çıxıb, 28 qol vurub.
“Krasnodar” Rusiya Premyer Liqasında mövsümün geridə qalan hissəsini 25 xalla 7-ci pillədə tamamlayıb. (komanda)