• 23 Noyabr 2024 07:37

Firəngiz Rəhimbəyovanın qocalar evində yaşayan analığı – Elə bir qadın idi ki… – VİDEO

 

Mərhum müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın analığı Sona Rəhimbəyova “Günaydın, Azərbaycan” proqramına açıqlama verib. 

Tacxeber.com axşam.az-a istinadən bildirir ki, o, hazırda qocalar evində yaşadığını bildirib:

“Yoldaşım rəhmətə gedəndən sonra, kirayə qaldım. Sonra bacım dedi ki, səni elə yerə göndərək rahat olasan: nə bişirəsən, nə iş görəsən. 7 ildir burada yaşayıram. Firəngiz dedi ki, gəl, Amerikaya, otaq verək yaşa. Dedim ki, burada doğulmuşam, burada qalacağam.

Onunla sonuncu dəfə avqustda danışmışam. Elə bir qadın idi ki, hamıya yaxşılıq edirdi. Eşitdim ki, rəhmətə gedib, üç gün özümə gələ bilmədim. Onu Amerikada dəfn ediblər. Məzarını ziyarət etmək mənə çətin olar”.

Qeyd edək ki, aktrisa avqustda Amerikada ürəktutmasından vəfat edib.

 

Oxşar xəbərlər