• 18 Oktyabr 2024 12:45

Uşaqlarda öd problemi: Valideynlərin diqqət yetirməli olduğu 7 məqam

 

“Əgər USM həkimi “ödündə qurd görülür” dedisə, bir daha ona müraciət etməyin. Öd kisəsində qurd yaşaya bilməz. Öd onlar üçün zəhərli maddədir”.

Bu barədə pediatr Aytən İsmayılzadə məlumat verib. O, valideynlərə azyaşlıların öd kisəsi ilə bağlı bilməli olduqları nüanslardan danışıb:

1. Öd boynunda əyrilik olan uşaqlar səhər saatlarında yemək istəmir, saat 11-dən sonra daha yaxşı yeyir. Onlara birdəfəyə qarışıq bir boşqab yemək deyil, az miqdar tez-tez, tək çeşidli yeməklər təklif edin.

2. Öd kisəsinin özünün, onun yerləşməsinin də müxtəlif anomaliyaları olur ki, bu da öd ifrazına və həzm prosesinə təsir edir. Ona görə məlumat üçün doğru USM (uzi) lazımdır.

3. 1 yaşa, yaş yarıma kimi uşaqlarda öd ifrazı sürətli olmur. Çünki ana südü bunu tələb etmir. Buna görə əlavə qida verərkən yumurtanın miqdarına, bulyon, yağlar və s. ödçıxarıcı məhsullara diqqət edin. Bir yaşa kimi bulyon verməyin. Öd yolları yaxşı çalışmadığından öd kisəsində durğunluğa gətirir bu da irəlidə öd daşı üçün şərait yaradır.

4. Kiçik piylik dediyimiz omentum minus yerləşdiyi yer mədənin kiçik əyriliyini, öd, qaraciyəri tutur və öd kisədə olan iltihab bu piylik qişası ilə azan siniri qıcıqlandırır. Nəticədə ürəkbulanma, qusma yaranır. Və ya əksinə. Boyundan azan siniri sıxıldıqda da həzm diskomfortu, öddə durğunluq, ürəkbulanma verir. Bu hal başını əyib telefona çox baxan uşaqlarda, elə böyüklərdə də olur. Həm də uzun müddət başını bir yerə söykəmədən qalanda da olur. Çünki boyun əzələləri hələ zəifdir, onlar boşalır və onurğa əyilir və azan sinir sıxılır. Bu zaman osteopat çox yaxşı kömək edə bilər.

5. Sağ çiyin, sağ tərəfli boyun ağrısı, diafraqmal sinir ilə problemli qaraciyer, öd yollarından gedən impulslara bağlı ola bilər. Ona görə də sağ çiyin ağrısı varsa, öd kisəsi, qaraciyər də yoxlanmalıdır. Bu inteqrativ yanaşmadır. Yəni insan bir bütündür və onun hissələrə ayırıb müalicə etmək doğru deyil.

6. Ödün təsiri ilə mədəaltı vəzin lipaza, yəni yağ parçalayan fermenti aktivləşir. Əgər öd yaxşı ifraz olmursa, onda qidada yağı azaltmaq lazımdır. Artıq yağ minerallarla birləşib sabun kimi çıxır və mineral azlığı yaranır.

Tacxeber.com

Oxşar xəbərlər