• 23 Noyabr 2024 04:01

“Şərurlu İsfəndiyar” “Flamingo” restoranını zorla alması barədə yayılan xəbərlərdən danışdı

 

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Flamingo” restoranının zorla Pənahov qardaşlarının əlindən alınaraq, ona verilməsi barədə mediada yayılan məsələyə münasibət bildirib. İş adamı Demokrat.az-a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər həqiqəti əks etdirmir: “Görünür, Vasif Talıbovla bağlı verdiyim açıqlamam çoxlarının xoşuna gəlmədi.  Ancaq biz hər şeyin düzünü axtaran insanlarıq.

“Flamingo” restoranı ilə bağlı məsələyə gəlincə, Cəmilin qardaşı ofisə gəlib və yanımda oturub. Bu barədə özündən soruşa bilərsiniz. Deyib ki, qardaşım türmədədir, satıram 7 milyona və bunu almaq lazımdır. Sonra mənə bildirib ki, istəsən ucuz da verə bilərəm. Mən isə ona dedim ki, qiyməti öldürmək istəmirəm. Bununla da 7 milyonla razılaşdıq və oranı aldım. Əgər kimsə mənə hədiyyə verirsə, nə ilə əlaqədar verə bilərdi? Bütün telefonlarımı yoxlaya bilərsiniz, o tərəflə bugünədək heç bir telefon danışığım olmayıb. Buna baxmayaraq, mən Naxçıvanı sevirəm, Naxçıvan gözəldir. Naxçıvan çox şəxsiyyətli insanlar yetişdirir, bu gün Naxçıvan çox abadlaşıb. Mən ora gedəndə fəxr edirəm ki, Naxçıvanlıyam, orada doğulmuşam. Çünki əvəz olunmaz, çox gözəl yerdir, təmizdir. Naxçıvanda oğurluq, nəşə çəkən yoxdur.  Başqa şeylərə ekspert deyiləm ki, kimsə nə edib. Vasif Talıbovla bağlı digər məsələlər barədə nə məsuliyyətim var, nə də rəy verə bilərəm. Bu, dövlətin işidir, kimin günahı varsa, cəzasını alacaq. Ancaq mən kimisə müqəssir saya bilmərəm, kimisə günahkar saymağa da mənim haqqım yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər