• 23 Noyabr 2024 04:45

Ukrayna kəşfiyyatının otağında parçalanmış Rusiyanın xəritəsi – FOTO

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovun kabinetində “parçalanmış Rusiya”nın xəritəsini tapıblar.

Tacxeber.com xəbər verir ki, xəritəni əks etdirən fotonu Ukraynanın “Liga” nəşri dərc edib .

GUR rəhbərinin ofisində görünən xəritədə Kursk, Belqorod vilayətləri və xüsusilə Kuban Ukraynaya, Kalininqrad vilayəti isə Almaniyaya aiddir. Jurnalistlərin bunun Ukrayna hakimiyyətinin planlarını əks etdirib-etdirməməsi ilə bağlı sualına Budanov konkret cavab verməyib.

“Hər kəs görmək istədiyini görür. Ola bilsin ki, bu, sadəcə, marker ilə çəkilmiş qalın xətdir, ya da elə deyil”, – deyə o bildirib.

Rusiya mediasında isə xəritə ilə bağlı narahatlıq ifadə edilib.

Daha əvvəl jurnalistlərə müsahibəsində Budanov Krımın Kiyevə qaytarılma planlanını açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bunu zorla və diplomatiya yolu ilə etməyi nəzərdə tutub.

Tacxeber.com

 

Oxşar xəbərlər