• 22 Noyabr 2024 23:56

Uşaqlar arasında virus yayılır – Əlamətləri bunlardır

Uşaqlar arasında virus yayılır - Əlamətləri bunlardır

 

Son günlər uşaqlar arasında öskürək və qızdırma ilə müşahidə olunan xəstəlik yayılmaqdadır. Dekabrın əvvəlindən yayılan virus 10 yaşadək uşaqlar arasında daha çox qeydə alınır. Xüsusilə azyaşlıların bu xəstəliyi ağır formada keçirdiyi bildirilir.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Modern.az-a danışan pediatr Vaqif Qarayev uşaqlar arasındakı virusa yoluxmaların artdığını bildirib. Onun sözlərinə görə, hazırda müşahidə olunan xəstəliyin əsas əlamətləri qusma, ishal və yüksək hərarətdir.

“Uşaqlar arasında müxtəlif viruslar yayılıb. Xəstəlik aşkarlanan uşaqlarda qızdırma, öskürək, qusma və qarın ağrıları daha çox müşahidə edilir. Bu cür infeksiyalar son günlər daha çox yayılıb. Ancaq kritik vəziyyət olduğunu deməzdim. Həmişə ilin bu aylarında uşaqlar arasında viruslar yayılır. Bu il ola bilsin ki, xəstələrin sayı bir qədər artıqdır.

Məktəb və bağçalarda xəstəliklərin yayılması halları müşahidə olunur. Məktəbyaşlı uşaqlar arasında ciddi təhlükə yoxdur, çünki onlar böyükdürlər. Amma kiçik yaşlı uşaqlarda qızdırma riski olur, bu zaman mütləq həkimə müraciət olunmalıdır. Hərarəti azaltmaq üçün dərmanlar, bol maye qəbulu tövsiyə olunur”, – deyə həkim vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər