• 23 Noyabr 2024 05:56

“Buradan müxalifətə səslənirəm, eybi yoxdur, qoy məni söysünlər…” -Tahir Kərimli

 

 

“Bizi Qarabağla vurmaq istəyirdilər. Amma Qarabağda qazanılan qələbədən sonra bizim mübarizəmiz yenidən başladı”.

Tacxeber.com bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.

Deputat, ermənipərəst qüvvələrin Azərbaycana artan təzyiqlərindən danışıb və müxalifətə də çağırış edib: “Bu gün dünyanın bir neçə dövlətindən ölkəmizə qarşı təhdidlər var. Eyni zamanda xaricdə yaşayanların da bizə qarşı qərəzi var. Bildirmək istəyirəm ki, hakimiyyətə nifrət dövlət maraqlarına təsir etməli deyil. Buradan həmkarlarıma, müxalifətə səslənirəm.

Eybi yoxdur, qoy məni söysünlər. Amma onlar bilməlidirlər ki, bizim hələ də mübarizəmiz davam edir, yalnız bir adamın ətrafında birləşməliyik. Son 200 ildə ilk dəfə biz torpaqlarımızı geri qaytarmışıq, bunu kim edib? Ona görə də, hər bir azərbaycanlı Prezidentin ətrafında birləşməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər