• 23 Noyabr 2024 06:56

Deputat: “Təhsildə bu qədər pillə olarmı?”

 

“Təhsil haqqında” qanun Milli Məclisdə 14 il müzakirə olunub, amma istənilən effekti vermir. Təhsilin pilləliyindən danışırlar. Təhsildə nə qədər pillə olar?”

Tacxeber.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə “Təhsil haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Bakalavr, magistr, aspirantura, dissertantura, doktorantura və s. Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Prezidentin sərəncamı oldu, təhsillə elm birləşdi. Qanunda da bu, nəzərə alınmalıdır”, – o qeyd edib.

Deputat əlavə edib ki, sistemi müasirləşdirməliyik, yeniləşdirməliyik: “Mənim bu strukturlarla problemim yoxdur, amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Orda da ekspert deyir ki, bu, plagiatdır. Yəni 60-70 alimin rəyi nəzərə alınmır, amma tanınmayan bir ekspertin rəyinə görə bu alimə dərəcə verilmir. Amerika üzrə elmlər doktoru var. Bu harada görülüb?! Biz artıq yeni sistemə keçməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər