• 23 Noyabr 2024 04:03

Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.

Tacxeber.com  Qaynarinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxus biznes obyetləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.

Tacxeber.com

Oxşar xəbərlər