“Səbail”in baş məşqçisi Mahmud Qurbanov istefa verib.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Mahmud Qurbanov istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib. Məşqçinin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub.
Qeyd edək ki, Mahmud Qurbanov bu ilin may ayından paytaxt təmsilçisini sükanı arxasına keçmişdi. Uğursuz mövsüm keçirən “Səbail” hazırda Misli Premyer Liqasında 18 oyundan 10 xalla sonuncu – 10-cu pillədədir. Kubokda isə komanda yarımfinala yüksəlib və bu mərhələdə “Qəbələ” ilə qarşılaşacaq.