“Aeroflot”un 13 təyyarəsinə xaricdə HƏBS QOYULDU Dünya 28 Dekabr 2022 12:49 126 Rusiyanın “Aeroflot” şirkətinin 357 təyyarəsindən 13-nə sanksiyalar səbəbindən xaricdə həbs qoyulub. Bu haqda aviaşirkətin baş direktoru Sergey Aleksandrovski RBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, laynerlərin əksəriyyətinə texniki xidmət və ya xaricə uçuşlar zamanı həbs qoyulub. “Aeroflot”un donanmasında indi siyahı üzrə 180, cədvəl üzrə isə təxminən 150 təyyarə var”, – o deyib. Baş direktoru bildirib ki, “Aeroflot”un ikili qeydiyyatı olmayan 89 təyyarəsi var və onların sayını artırmaq imkanı var. Tacxeber.com