• 22 Noyabr 2024 22:39

Putini tənqid edən yaşlı qadını avtobusdan yerə atdılar – VİDEO

 

 

Moskvada avtobusda baş verən hadisə sosial şəbəkədə böyük müzakirələrə və marağa səbəb olub. Belə ki, Rusiya prezidenti Vladimir Putinin siyasətini tənqid edən, pisləyən yaşlı rus qadının dedikləri digər sərnişinlər tərəfindən hiddətlə qarşılanıb. Onlar qadını yıxıb, sonra sürüyərək avtobusdan yerə atıblar.

Tacxeber.com xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda yaşlı qadın Rusiya prezidenti Vladimir Putini və onun administrasiyasını sərt sözlərlə tənqid edir. Rus əsgərlərinin plastik ayaqqabıda döyüşmək məcburiyyətində qaldığını deyən qadın, fikrini hər şeyi oğurlayıblar, əsgərləri köhnəlmiş tanklarda döyüşə aparırlar, bu bizim imperiyamızdır – dağılmış imperiyadır, sözləri ilə davam etdirir.

Paytaxt Moskvanın Dolqoprudnı rayonunda baş verən hadisənin görüntüləri sosial mediada böyük təəccüb yaradıb. Yaşlı qadının avtobusdan atılaraq həyatını təhlükəyə atmasına çox sayda reaksiya verilib. Hökuməti dəstəkləyən bəzi insanlar Rusiya administrasiyasını ələ salanlara qarşı hər hansı reaksiyanın haqlı olduğunu yazıb. Bəziləri “Nənə Ukraynada faşistlərlə vuruşsun!” yazdığı halda, digərləri “Yaşlılarla belə davranan xalq uduzmağa məhkumdur!”, – kimi şərhlər yazıblar.

Videonu təqdim edirik.

Tacxeber.com

Oxşar xəbərlər