• 22 Noyabr 2024 12:06

17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Xankəndidə separatçıların “hüzur”una çıxdı – VİDEO

17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Xankəndidə separatçıların “hüzur”una çıxdı - VİDEO

 

Azərbaycan Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov artıq 17 gündür ki, azərbaycanlı ekofəalların tələblərinə baxmayaraq onların qarşısına çıxmır.

Oxu.az xəbər verir ki, məsələ erməni separatçılarına gələndə isə general xüsusi “həssaslıq” nümayiş etdirib.

Erməni separatçıların iki-üç gün ərzində Xankəndidə saldığı hay-küyə laqeyd qala bilməyən Andrey Volkov bu dəqiqələrdə onların “hüzur”una gedərək danışıqlara başlayıb.

Belə olan halda isə haqlı olaraq sual yaranır ki, necə ola bilər, Volkov azərbaycanlı fəalların qarşısına çıxmaq istəmir, ancaq dərhal erməni separatçılarla eyni masa arxasında əyləşməyə can atır? Bu suallara cavab tapılmadıqda isə məntiqi nəticə kimi qarşımıza bu fikir çıxır: rusiyalı general bu addımı ilə növbəti dəfə öz fəaliyyətinə kölgə salıb, sülhməramlıların komandanı kimi öz missiyasının tərəfsizliyini şübhə altında qoyub.

 

Oxşar xəbərlər