• 22 Noyabr 2024 23:18

507 ölü, 2 minə yaxın məhkum…- İrandakı etirazların “qanlı” STATİSTİKASI

 

Sentyabrın 17-dən bəri İranda 22 yaşlı Məhsa Əmininin qətli ilə bağlı keçirilən etiraz aksiyalarında azı 507 fəal həlak olub.

Bu barədə HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilat nümayəndələrinin sözlərinə görə, onlardan 69-u azyaşlı olub. Bundan əlavə, 66 təhlükəsizlik işçisi öldürülüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda İranda 161 şəhərdə ən azı 18553 etirazçı həbsxanadadır. Onlardan 4108 nəfərin kimliyi və saxlandığı yerlər hələlik məlum deyil. Həbs olunanlar arasında 665 nəfərə yaxını tələbələrdir. (Azpost.info)

Tacxeber.com

Oxşar xəbərlər