• 22 Noyabr 2024 23:11

General Volkov gizli girişdən qaçdı: avtomobili mühasirədə qalıb…- Ermənilər belə yazır…

General Volkov gizli girişdən qaçdı: avtomobili mühasirədə qalıb...- Ermənilər belə yazır...

Volkov Xankəndində binanın gizli girişindən qaçdı… Avtomobili  mühasirədə qalıb…- Ermənilər belə yazır..

Bir müddət əvvəl guya Xankəndindəki separatçı-terrorçu qurumun rəhbərliyi ilə görüşə gəlmiş Rusiya “sülhməramlı” komandanı general Andrey Volkov separatçı haykların “hökumət” binasını mühasirəyə aldığını görərək gizli çıxışdan qaçıb.

Bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

“Volkov hökumət binasından başqa girişdən qaçıb. Onun avtomobili etirazçılar tərəfindən əsas girişin qarşısında mühasirədə qalıb”- məlumatda belə deyilir.

Xatırladaq ki, Laçın-Şuşa-Xankəndi yolunda Azərbaycan ictimaiyyətinin məlum aksiyasından sonra ermənilər də general Volkovdan həmin yolun açılmasını tələb edərək müxtəlif aksiyalar keçirirlər.

Tacxeber.com

Oxşar xəbərlər