• 23 Noyabr 2024 05:49

La Liqa rəhbərliyi hərəkətə keçdi – “Barselona”nın fırıldağının qarşısını almaq üçün

 

 

İspaniya La Liqası klubları üçün maliyyə qaydaları daha da sərtləşəcək.

Buna səbəb “Barselona”nın 1,3 milyard avroluq borca rəğmən, limitdən artıq pul xərcləməsidir. “Barsa”nın prezidenti Xuan Laporta klubun bir sıra aktivlərini satmaqla, əvvəlcədən müəyyən edilmiş xərc limitlərini aşıb. Bu satışlar “Barselona”ya qısa müddətdə gəlirlərini xeyli artırmağa və transfer bazarında aktiv olmağa imkan yaradıb. Ancaq Kataloniya təmsilçisinin gələcəyini riskə atıb. Digər La Liqa klubları da oxşar qərarlar veriblər.

La Liqa bunun qarşısına almaq üçün yeni maliyyə qaydaları hazırlayır. Bunun sayəsində belə riskli hərəkətlər artıq mümkün olmayacaq. La Liqa, maaş həddini artırmaq üçün klublara lazımi aktivləri satmağı qadağan edəcək. Məsələn, bu məqsədlər üçün stadionun hüquqlarını satmaq mümkün olmayacaq. Klublara audiovizual və digər hüquqların satışına icazə veriləcək, lakin bu şərtlə ki, onların dəyəri klubun ümumi gəlirinin 5 faizindən çox olmamalıdır. Bu limit aşılarsa, həmin məbləğ əmək haqqı limiti hesablanarkən nəzərə alınmayacaq.

Limiti artırmaq üçün aktivləri ucuz qiymətə satıb sonra geri alan klublar da cəzalandırılacaq. Bundan başqa, klublardan biznes plan təqdim etmələri tələb olunacaq. Futbolçuların iki mövsümün maaşlarını ödəyə biləcəklərinə dair zəmanət də istəniləcək.

Əvvəllər klublar qazandıqları məbləğin 25 faizini satışa xərcləyə bilirdilərsə, indi yeni oyunçuların maaşını ödəyə biləcəkləri zəmanətlə onun 40 faizini xərcləməyə icazə veriləcək. (publika)

Tacxeber.com

Oxşar xəbərlər