• 23 Noyabr 2024 07:00

Korona son epidemiya deyil – Quterreş

Korona son epidemiya deyil - Quterreş

 

COVİD-19 – bəşəriyyətin üzləşdiyi heç də son epidemiya və ya pandemiya deyil. Biz, dünya birliyi olaraq, koronavirusun ağır təsirindən nəticə çıxarmalı və pandemiyalara, onların aradan qaldırılması və onlara qarşı mübarizəyə hazırlığın təmin edilməsinə dair tədbirlərə böyük həcmdə investisiya etməliyik.

Tacxeber.com xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin Beynəlxalq Epidemiyaya hazırlıq günü münasibətilə müraciətində deyilir.

Antonio Quterreş xatırladıb ki, COVİD-19 faciəli nəticələrə səbəb olub. O, hazırki pandemiyadan dərs götürməyə və gələcəkdə bu cür fövqəladə hallara hazırlığı təmin etməyə çağırıb.

Baş katib xatırladıb ki, virus bir neçə milyon insan həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə yüz milyonlarladır. Bəzi ölkələrin iqtisadiyyatı məhv olub, səhiyyə sistemləri bütün imkanlarını səfərbər ediblər, maliyyə itkiləri isə trilyonlarla dollar təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər