• 23 Noyabr 2024 02:56

İnsan saçı planeti xilas edə bilər – FOTO

İnsan saçı planeti xilas edə bilər - FOTO

 

Belçikada insan saçından istifadə edərək planeti zəhərli tullantılardan xilas etməyin yolunu tapıblar.

“Hair Recycle” layihəsi bərbərxanalardan kəsilmiş saçları toplamağa və onları təkrar emal edərək təbii faydalı əşyalara çevirməyə başlayıb.

Müəssisələrdə saçlardan sıx liflər hazırlanır, həmin liflərdən saplar düzəldilir və bu saplardan xüsusi parçalar toxunur.

Belə parçalar mayedən neft və karbohidrogenləri təmizləmək üçün əla filter rolunu oynayır.

“Hair Recycle” şirkətinin həmtəsisçisi Patrik Yansenin sözlərinə görə, bir kiloqram saç yeddi-səkkiz litr yağ və karbohidrogenləri udmaq qabiliyyətinə malikdir. O, həm də çox güclü materialdır – bir tel öz çəkisindən on milyon dəfə artıq ağırlığını daşımağa qadirdir. Bundan əlavə, insan saçı tərkibindəki keratin lifləri sayəsində suda həll olunur və elastikdir.

Belə materialdan hazırlanmış bir parça kanalizasiyaya yerləşdirilə bilər və zərərli maddələrin borularda qalması və su obyektlərinə nüfuz etməsinin qarşısını ala bilər.

İnsan saçı planeti xilas edə bilər - FOTO

Oxşar xəbərlər