Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Tacxeber.com xəbər verir ki, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Xəbəri Baş Prokurorluğun Mətbuat xidmətindən mediaya təsdiqləyiblər.