• 23 Noyabr 2024 04:40

“Akula Akif” generalın məhkəməsinə qoşula bilmədi

 

Keçmiş milli təhlküəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri kimi tanınan “Akula Akif” ləqəbli Akif Mustafayev Mövlam Şıxəliyevin məhkəməsinə maraqlı şəxs qismində cəlb olunmağa çalışsa da, bu niyyəti baş tutumayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Mövlam Şıxəliyev və digərlərinin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinda hakim İlqar Murğuzovun sədrliyi ilə keçən məhkəmə hazırlıq iclasında Akif Mustafayevin prosesə qoşulmasından imtina edilib. Hakim bununla bağlı qərar qəbul edib.

Məlumat üçün deyək ki, apellyasiya məhkəməsinə start veriləndə Akif Mustafayevin vəkilləri vəsatət verərək, müdafiə etdikləri şəxsin prosesə maraqlı şəxs kimi qatılmasını istəmişdilər.

Akif Mustafayevin prosesə qatılması Mövlam Şıxəliyevin əleyhinə olan akt kimi qəbul edilirdi. Ehtimal olunurdu ki, “Akula Akif” məhkəmədə Mövlam Şıxəliyevin əleyhinə işləyə biləcək faktlar açıqlayacaq.

Axtarışda olan “Akula Akif”in birdən-birə Mövlam Şıxəliyevin məhkəməsinə maraqlı şəxs kimi qoşulmaq istəyi Eldar Mahmudovun planı kimi dəyərləndirilir. Bu planın arxasında nələrin dayandığı isə bəlli deyil.

Tacxeber.com

Oxşar xəbərlər