• 23 Noyabr 2024 04:44

“Ona köks ötürməmişəm, onu heç tanımıram” – Zülfiyyə və oğlu efirdəki qalmaqaldan danışdı

“Ona köks ötürməmişəm, onu heç tanımıram” - Zülfiyyə və oğlu efirdəki qalmaqaldan danışdı

“Deyirlər ki, aşıq Zülfiyyənin oğlu özündən razıdır, ailə üzərindən çirkab yaxmaq istəyirlər”

Dünən Rəqqasə Rəna Ağamuradova (Renka) və aşıq Zülfiyyə İbadovanın oğlu Babək Quluzadə arasında qonaq olduğu “İndi başla” verilişində qalmaqallı anlar yaşanıb. Belə ki, Renka dünyasını dəyişən atasından danışıb və kövrəlib. Həmin an Babək “off” deyib. Renka isə əsəbiləşib “Deyəsən, əsəbiləşdiniz. Siz də danışanda mən belə edim? Mən elə tərbiyədə deyiləm ki, edim” sözlərini söyləyib.

Müğənni Babək Quluzadə baş verən qalmaqal haqqında  bu sözləri deyib.

“Aşıq Zülfiyyə keçmişdən bu yana ucuz şeylərlə gündəmə gəlməyib ki, onun oğlu da ucuz nələrləsə gündəmə gəlsin. Verilişi təşkil edənlər qonaqlar arasında düşünülməməzlik, tərs mütənasiblik etmişdilər. Orada biz var idiksə, bir qiraətçi, poeziya ruhlu insan qonaq olmalı idi. Belə olan halda veriliş də yaxşı keçərdi. Mən özüm-öz aləmimdə “off” edirəm, qarşı tərəf xoşur. Bir dəfə dedim ki, söhbətinizi davam edin, bu hərəkətin sizə aidiyyatı yoxdur. Qarşı tərəf coşdu. Mən başqa nə deməli idim ki?! Coşa-coşa dur! Heç vaxt qadına qarşı hörmətsizlik etməmişəm, etmərəm də. Sosial şəbəkələrdə məni “asıb-kəsirlər”. Arxamca söyüş yazanlar da, xətrimi çox istəyib tutanlar da sağ olsunlar. Hamı sağ olsun, var olsun. Məni hamı tanıyır, bilir, bilməyənlər də özü kimi bilir. Başqa nə deyə bilərəm?! Mən buna reklam kimi baxmıram! Bu reklam deyil! Bu sadəcə şoudur. Bir yeni mahnı çıxarsaq, duet oxusaq heç kim paylaşmaz! Günahkarsan ki, bir dənə ofuldayasan, o dəqiqə asıb-kəsdilər məni. Bunu mən etmişəm, anamla heç bir əlaqəsi yoxdur. Yazın ora ki, Babək Quluzadə bu hərəkəti etdi. Yazırlar ki, aşıq Zülfiyyənin oğlu belə etdi! Saytlar o qədər çirkablaşıb ki, ailə üzərindən ləkə yaxmaq istəyirlər. Mənim adımı çək də! Mən küçəyə çıxıram, 10 adamdan 5-i tanıyır. Bütün günü cəmiyyət içərisindəyəm, tədbirlərdə, məclislərdə oluram. Yanımda heç anam da olmur. Düzdür, aşıq Zülfiyyə ilə tanınmışam, başımın tacıdır, hər kəs belə-belə gəlir də. Bəzən dəvətlərimiz ayrı-ayrı olur, toylarda təsadüfən görüşürük”, – deyə sənətkarın övladı deyib.

Babək Quluzadə bildirib ki, haqqında düzgün fikirləşməyənlər də var.

“Sosial şəbəkərə yazırlar ki, aşıq Zülfiyyənin oğlu yekəxana, özündən razıdır. Mən özümdən razı deyiləm. Qarşımdakı insanın hərəkətindən asılı olaraq özümü aparıram. Qarşımdakı insan özünü dağ başına qoyursa, mən niyə onunla əyilib-görüşməliyəm ki?! O zaman artıq mən də özümü dağ başına qaldırıram. Kənardan da artıq başqa cür yozulur. Amma elə deyil axı, mövzunun içini bilmək lazımdır. Məni uzaqdan tanımaq yox, ürəyimə bələd olmaq lazımdır. Qarşımdakı insan mənə ürəyini verirsə, mən ona bütün orqanlarımı çıxarıb verərəm”, – deyə Babək Quluzadə deyib.

Aşıq Zülfiyyə isə bildirib ki, verilişdə qonaq olan Renkanı tanımır.

“Mən də istəməzdim ki, belə bir şey baş versin. Babəkə mənim anam baxıb. Məndən çox onu istəyib. İndi də nəsə baş verəndə deyir ki, nənənin ölümünü qəbul edə bilmirəm. Hər dəfə valideynlərdən söz düşəndə köks ötürür. Buna görə “off” dedi. Babəkin həssas bir qəlbi var. O xanıma görə köks ötürməyib. Mən də izah edəndə Babək dedi ki, ana, sən kiməsə açıqlama vermək məcburiyyətində deyilsən. Aparıcı da söhbətə müdaxilə etdi. Oğlumun heç o xanımla dostluq münasibəti yoxdur. O xanımın başqa problem var idi, bizim üstümüzdə etməli deyildi bunu. Babək aqressiya ilə qarşılamayıb onu. Yazırlar ki, aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı. Mən verilişə gələnə qədər Renkanı tanımırdım. Soruşdum ki, o da oxuyandır?! Dedilər ki, xeyr, rəqqasədir. Çıxın çöldə 5 adamdan soruşun, onu heç tanımayacaqlar. Amma Babəki soruşsanız tanıyacaqlar. Mənim tanıdığım rəqqasələr var”, – deyə Zülfiyyə xanım bildirib.

Tacxeber.com

Oxşar xəbərlər