• 23 Noyabr 2024 08:01

Moruq mürəbbəsinin faydaları

 

 

1. Moruq mürəbbəsi fitonsidlərlə zəngindir. Bu maddələr təbii antibotiklər sayılır və məhz fitonsidlər mürəbbəyə heyranedici qoxudan əlavə mikrob və virus əleyhinə təsir bəxş edir. Bu səbəbdən moruq mürəbbəsi soyuqdəymə, qripp, angina zamanı çox faydalıdır.

2. Moruq mürəbbəsində asetilsalisil turşusuna (aspirin tərkibində olan turşu) oxşar maddələr var ki, bu maddələrə görə moruq mürəbbəsi yüksək hərarəti aşağı salmaq xüsusiyyətə malikdir.

3. Moruq mürəbbəsi ellaq turşusu ilə zəngindir. Bu turşu orqanizmə xərçəng əleyhinə təsir edir.

4. Moruq mürəbbəsinin tərkibində olan fitosterinlər aterosklerozun qarşısını alır, kumarinlər isə qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

5. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər