• 22 Noyabr 2024 23:52

“Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun” – TƏKLİF

"Azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun" - TƏKLİF

 

“Tik-Tok” kontenti gələcək nəslin məhvinə yönəlməkdədir. Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a girişi qadağan olunsun”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib. O bildirib ki, son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə ziddi olan kontent formalaşır:

“Bununla əlaqədar  vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60 %-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir. Misal olaraq, Çində, Hindistanda, Amerikada məhkəmənin qərarı ilə müəyyən müddət aralağında “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılır. Ona görə də gələcək fəaliyyətimizdə parlament çərçivəsində buna diqqət yetirək”.

Oxşar xəbərlər