Tacxəbər APA-Economics-ə istinadla xəbər verir ki, noyabrın 1-də ABŞ-nin “Starlink” peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.
Şirkətin ofisi “Azur Biznes” Mərkəzində yerləşir. Nizamnamə kapitalı 100 dollar olan şirkətin direktoru Loren Dreyer təyin edilib.
Qeyd edək ki, L.Dreyer “SpaceX”də “Starlink”in biznes əməliyyatları üzrə baş direktorudur.