“Miss Azerbaijan-2021” gözəllik müsabiqəsinin qalibi model Milan Babayeva yeni erotik görüntüləri ilə gündəmə gəlib. “Milan” təxəllüsü ilə məşhurlaşan gənc qızln Moskvadakı gecə klublarından birində çəkilən açıq-saçıq görüntüləri sosial şəbəkələrdə ciddi qınağa tuş gəlib.
“Azərbaycan gözəli” titulunun sahibinin özünü bu qədər ucuz reklam etməsi hər kəsi təəccübləndirib.
Nəzərə alaq ki, “Azərbaycan gözəli” ilə bağlı bu ilk biabırçı fakt deyil. Zaman –zaman “Azərbaycan gözəlləri” xaricdə belə ucuz reklamları ilə gündəmə gəliblər. Bu da onu göstərir ki, ölkəmizdə gözəllik yarışması məramından və hədəfindən çoxdan sapıb. Bu müsabiqələr daha çox korporativ maraqlar üçün keçirilir. Məsələ ilə bağlı Millət vəkili Aqil Abbasın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, məsələdən xəbərim yoxdur: “Amma kimsə gedib hardasa nə … yeyirsə Azərbaycan xalqı neynəsin? Bu həmin adamların şəxsi keyfiyyətləridir. Biz ona nə deyə bilərik ki…”
Millət vəkili onu da əlavə etdi ki, gözəllik nisbi anlayışdır: “Mənim nəzərimdə gözəl olan, sizin gözünüzdə gözəl olmaya bilər. Məsələn, sonuncu müsabiqənin qalibini göstərirlər. Ona baxanda gülməyim gəldi. Onun nəyi “Azərbaycan gözəli”dir. Bilmirəm bu “gözəlləri” nə cür seçirlər, necə seçirlər, onların harasına baxıb seçirlər. Onlara hansı keyfiyyətlərinə görə – bədəninə görəmi, sifətinə görəmi gözəl seçirlər anlamıram…”