“Ukraynanın təklifləri möhkəm sülhün bərqərar olması üçün yeganə mümkün şərtlərdir…”
“Müasir Avropa tarixindəki savaşlarda uğurlu sərkərdələr və sülhməramlılar eyni adamlar olub…”
“Kiyev Rusiya tərəfindən Ukraynanın dörd vilayətinin ilhaqını tanımalıdır…”
“Ukraynanın demilitarizasiya və denasifikasiya olunması barədə təkliflərimiz qüvvədədir. Bunu elə öz rifahınız naminə icra edin, əks halda məsələni Rusiya ordusu həll edəcək…”
“Zelenskinin sülh planı Kiyevin əvvəlki bəyanatlarına nisbətən danışıqlar üçün daha çox imkanlar yaradır…”
“Moskvanın müttəfiqi və Rusiya silahının əsas alıcılarından olan Hindistanın Rusiyaya münasibətində son zamanlar soyuqluq hiss edilir…”
“Yaxın zamanlarda sülh danışıqlarının aparılması şansları çox deyil…”
Ukrayna prezidenti Vladimir Zelenski özünün 10 bənddən ibarət sülh planını fəal surətdə irəliyə aparır və onu o cümlədən ABŞ prezidenti Co Baydenlə müzakirə edərək dünya liderlərini bu plan əsasında fevralın sonunda qlobal sülh sammiti keçirməyə çağırış edir. Lakin Ukrayna bəyan edib ki, Rusiya bu sammitdə yalnız o zaman iştirak edə bilər ki, öncə hərbi cinayətlərinə görə tribunal qarşısına çıxsın.
Bu barədə “Detaly” nəşri yazıb.
Zelenski ilk dəfə özünün sülh düsturunu noyabr ayında dünyanın iri iqtisadiyyatlarının “Böyük iyirmilik” sammitində açıqlayıb.
Bu plan aşağıdkıları nəzərdə tutur:
1) əsas diqqəti Zaporojyedə Avropada hazırda Rusiyanın nəzarəti altında olan ən böyük elektrik stansiyası ətrafında təhlükəsizliyin bərpasına yönəltməklə radiasiya və nüvə təhlükəsizliyi;
2) Ukraynadan taxılın dünyanın ən kasıb ölkələrinə ixracının mühafizəsi və təmin edilməsi daxil olmaqla ərzaq təhlükəsizliyi;
3) Rusiyanın enerjidaşıyıcılarına qiymətlərin məhdudlaşdırılması, habelə Rusiyanın hücumları nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpa edilməsinə yardım göstərilməsinə diqqət edilməklə energetika təhlükəsizliyi;
4) Rusiyaya hərbi əsirlər və uşaqlar da daxil olmaqla bütün həbs edilənlər və deportasiya olunanların azad edilməsi;
5) Ukraynanın ərazi bütövlüyünün bərpası və onun Rusiya tərəfindən BMT Nizamnaməsinə uyğun olaraq təsdiq edilməsi, bu da, Zelenskinin sözlərinə görə, “danışıqlar predmeti deyil”;
6) Rusiya qoşunlarının çıxarlması və döyüş əməliyyatlarının dayandırılması, Ukraynanın Rusiya ilə dövlət sərhədlərinin bərpası;
7) Rusiyanın hərbi cinayətlərinin təqib edilməsi üçün xüsusi tribunalın yaradılması daxil olmaqla ədalət məhkəməsi;
8) minalardan təmizləmə və sutəmizləyici qurğuların bərpasına diqqət yetirməklə ekosidin qarşısının alınması və ətraf mühitin mühafizəsi;
9) münaqişənin eskalasiyasının qarşısının alınması və Ukraynaya zəmanətlərin verilməsi daxil olmaqla Avtoatlantika məkanında təhlükəsizlik arxitekturasının qurulması;
10) cəlb edilən tərəflərin imzalanan sənəd daxil olmaqla müharibənin bitməsinin təsdiq edilməsi.
Dekabr ayında Zelenski “Böyük iyirmilik” ölkələri liderlərinə sülh planının “bütövlükdə və o cümlədən bəzi konkret bəndlərinin” müzakirə ediləcəyi qlobal sülh sammitinin keçirilməsi ideyasını dəstəkləməyə çağırış edib.
Moskva Zelenskinin sülh təklifini rədd edib və yenidən bəyan edib ki, Kiyev Rusiya tərəfindən 4 vilayətin- şərqdə Luqansk və Donetsk, cənubda Xerson və Zaporojye vilayətlərinin ilhaqını tanımalıdır. Bu vilayətlərdən heç birinə Rusiya tam nəzart etmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, onun ölkəsinin hərbi məqsədləri lap öncədən dəyişməz olaraq qalır.
“Bizim rejim tərəfindən nəzarət edilən ərazilərin demilitarizasiya və denasifikasiyası, oradan Rusiyanın, o cümlədən bizim yeni torpaqlarımızın təhlükəsizliyi üçün təhdidlərin aradan qaldırılması üzrə təkliflərimiz düşmənə yaxşı bəllidir, – o, bəyan edib. – Mahiyyət çox sadədir: təklifləri elə öz rifahınız naminə icra edin. Əks halda məsələni Rusiya ordusu həll edəcək”.
Lakin Rusiyanın hüdudlarından kənarda da Zelenskinin siyahısı “maksimalist” və qeyri-real adlandırılıb. Lakin Ukraynanın “Strateji Tədqiqatlar Milli İstitutu”nun analitik mərkəzindən Nikolay Beleskov bəyan edib ki, təkliflər kifayət qədər həyati qabiliyyətlidir.
“Təklif edilən şərtlər möhkəm sülhün bərqərar olması üçün yeganə mümkün şərtlərdir, – o, deyib. – Bu şərtlər mümkün sülhün parametrləri barədə G7-nin payız bəyanatına bu və ya digər dərəcədə uyğundur”.
Üstəlik, “iNews” nəşrinin yazdığı kimi, bu plan Kiyevin bəzi əvvəlki bəyanatlarına nisbətən danışıqlar üçün daha çox imkan təklif edir.
Təkliflər “ərazi bütövlüyünün” və “dövlət sərhədlərinin” bərpasını tələb etsə də, orada Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın qaytarılması xatırlanmır, bu, bəzi müttəfiqlərin fikrincə, həddən artıq iddialı məqsəd olardı. ABŞ isə ona təkid edir ki, Ukrayna danışıqlara hazır olduğunu nümayiş etdirsin.
Siyahıda Ukrayna məmurlarının Rusiya prezidentinin əvəzlənməsi barədə əvvəlki tələbləri təkrarlanmır, bu da “cəlb edilən tərəflərin imzaladığı sənəd” Zelenski və Putinin şəxsi görüşünə gətirib çıxaracağı ehtimalını artırır.
Öz ideyasına daha çox tərəfdarlarını cəlb etməyə cəhd göstərərək Zelenski diplomatik səfərlər edərək, ABŞ prezidenti Co Bayden, Fransa ptezidenti Emmaniel Makron və rotasiya üzrə G20-nin səri olan Hindistanın baş naziri Narendru Modi daxil olmaqla dünya liderlərinə öz planını təqdim edib.
Zelenski bəyan edib ki, bu həftə özünün “sülh düsturu”nu Modi ilə telefon danışığında müzakirə edib. “İndi mən Hindistanın onun gerçəkləşməsində iştirakına ümid edirəm”, – o, əlavə edib və hind liderinə humanitar və diplomatik dəstəyə görə minnətdarlığını bildirib.
Moskvanın müttəfiqi və Rusiya silahının əsas alıcılarından biri olan Hindistanın son zamanlar Rusiyaya münasibətində soyuqluq hiss olunur. Baş nazir Modi bu yaxınlarda Putinlə görüşündə müharibəni tənqid edib.
Bununla yanaşı, Hindistanda bəzi analitiklər Zelenskinin təkliflərinə skeptik yanaşıb.
Nyu-Dehlidəki siyasi tədqiqatlar Mərkəzindən professor Braxma Çellani “Twitter”də yazıb: “Rusiyanın Ukraynanın kritik infrastrukturuna zərbələr endirdiyi və onun Ukraynanın işğal etdiyi beşdə bir hisəsində öz hakimiyyətini möhkəmləndirdiyi şəraitdə Zelenski neytral Hindistandan maksimalist tələblər irəli sürülən “sülh planı”na dəstək istəyir”.
Dünyanın başqa hissələrində Zelenskinin sülh planı və onun təklif etdiyi sammitə münasibət həmçinin ehtiyatlı olub.
Ukrayna liderinin dekabrın 22-də Vaşinqtona səfəri zamanı Bayden publika qarşısındakı çıxışlarında yalnız onu deyib ki, o və Zelenski sülhü “tamamilə eyni cür görür” və Birləşmiş Ştatlar Ukraynanın özünü müdafiə edə bilməsini təmin etməyə sadiqdir.
“Böyük yeddilik” ölkə liderləri bəyan edib ki, onlar Ukraynada “BMT Nizamnaməsidə təsbit edilən hüquqlara uyğun olaraq” sülhün bərqərar olmasına sadiqdir.
BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib ki, yaxın zamanlarda sülh danışıqlarının aparılması şansları çox deyil.
“Mən hesab edirəm ki, hərbi qarşıdurma davam edəcək və düşünürəm ki, bizə sülh barəsində ciddi danışıqların mümkün olacağı məqamları hələ gözləmək lazım gələcək”, – o, dekabrın sonunda deyib.
Analitiklər deyir ki, Ukrayna xüsusilə bu qış enerjidaşıyıcılarının qiymətlərinin artması ilə üzləşəcək öz müttəfiqlərinə münaqişədən çıxış yolunu gördüyünü nümayiş etdirməyə səy göstərir.
“Ukraynanın təklifləri onun Rusiya ilə müharibənin nə ilə bitəcəyini gördüyü barədə təsəvvür yaradır”, – “The New York Times” nəşri Böyük Britaniyada Nyukasl Universitetində Rusiya tarixi professoru Stella Qervasın sözlərindən iqtibas gətirib. Onun sözlərinə görə, müasir Avropa tarixindəki müharibələrdə döyüş meydanında qalib olanlar çox vaxt sülhə güclü dərəcədə nail olmaq istəyənlər olub.
“Napoleon müharibələrində, Birinci və İkinci dünya müharibələrində uğurlu hərbi sərkərdələr və sülhməramlılar eyni adamlar olub, – o, deyib. – Sülhə can atanlar müharibəni uğurla aparanlar olub. Avropada böyük müharibələr zamanı sülhün bərqərar olması üzrə ciddi təşəbbüslər həmişə döyüş meydanında ən güclü olan tərəfdən irəli sürülüb”. (Moderator)