“Financial Times” 2023-cü il üçün proqnozlarını açıqladı – SİYAHI
“Financial Times” müəllifləri 2023-cü il üçün illik proqnozlarını açıqlayıblar. Bunların arasında Aİ ölkələrinin elektrik problemi, Ukraynada müharibəsi, Co Baydenin namizədliyi və s. var.
Qəzet xatırladır ki, 2022-ci il üçün müəlliflərin proqnozlarından yalnız bəziləri özünü doğrultmadı: “Tesla” səhmləri ucuzlaşdı, Demokratlar ABŞ Senatına nəzarəti saxladılar və COVID-19-un daha yoluxucu versiyası heç ortaya çıxmadı.
Bu il isə FT müəlliflərinin üzümüzə gələn il üçün proqnozları belədir.
* Ukraynada müharibə uzanacaq.
*Avropada işıqların mütəmadi kəsilməsi. FT müəllifləri hesab edirlər ki, hava kifayət qədər soyuq olarsa, bu, aprelə qədər davam edəcək.
* İlin sonunda qlobal istiləşmənin artımı 1,5 dərəcə həddi keçməyəcək.
* ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa başlamayacaq.
* Rişi Sunak Britaniyanın baş naziri olaraq qalacaq.
* Avropa Mərkəzi Bankı İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək.
* Co Bayden yenidən prezidentliyə namizəd olacaq.
* Donald Trampı yeni ittihamlar gözləyir.
* Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək.
* Pekin Tayvana girməyəcək.
* Rəcəb Tayyib Ərdoğan prezident postunu saxlayacaq.
* İranda etirazlar bitməyəcək.
* Bir sıra Afrika ölkələrini defolt gözləyir.
* S&P 500 10% olacaq. 2022-ci ildə ABŞ fond bazarının düşməsi artıq rekord həddə çatıb, lakin yaxınlaşan tənəzzül səbəbindən bu, davam edəcək.
* “Twitter” bağlanmayacaq, istifadəçilər ayrılmayacaqlar.
* Daha bir böyük kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. FTX-dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər.
* Əsas yayım platformalarının heç biri digəri ilə birləşməyəcək. Keçən il müzakirə olunan NBC-nin “Universal”la, “Warner Bros.”un “Discovery”, “Disney”in “Apple”lə və ya “Netflix”in başqası ilə birləşməsi, yəqin ki, baş tutmayacaq. Çünki platformalar hələ də COVID-19 pandemiyasından sonra gəlirlərini artırmağa çalışırlar. FT müəllifləri hesab edirlər ki, böyük sövdələşmələr 2024-cü ildə mümkün ola bilər.