Almaniyada Ukrayna üçün ən son özüyeriyən texnikanın istehsalına başlanılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə istehsalçı şirkətin məsləhətçisi tviterdə bildirib.
Söhbət Boxer RCH-155-dən gedir ki, bu texnika yüksək hərəkət qabiliyyətinə, eləcə də döyüş gücünə malikdir.
RCH-155 təkərli özüyeriyən top adi mərmilərlə 40 km-ə qədər və yüksək dəqiqlikli Vulkan ilə 80 km-ə qədər atəş məsafəsinə malikdir. Magistral yolda maksimal sürət saatda 100 km-ə çatır.