• 23 Noyabr 2024 04:14

Hamı bu döyüşçüdən danışır: Rusiya raketini pulemyotla vurdu 

 

Dekabrın 29-da işğalçı Rusiyanın kütləvi raket hücumu zamanı Kiyev vilayətinin ərazi müdafiəsinin 114-cü briqadasının batalyonunun “Dron” pulemyotçusu Andrey Rusiya raketini birbaşa pulemyotla vurub.

Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, mahir döyüşçü haqqında Kiyev vilayət hərbi idarəsinin(VHİ) rəisi Aleksey Kuleba danışıb.

Andrey genişmiqyaslı işğalın ilk günlərindən Kiyev bölgəsinin müdafiəsi üçün ayağa qalxıb. Kiyev vilayətinin işğaldan azad edilməsindən sonra qardaşları ilə birlikdə Ukraynanın şərqində müdafiəni həyata keçirib. Sonradan “Dron” Kiyev bölgəsinə qayıdıb və doğma yurdunu müdafiə etməyə davam edib.

“Dekabrın 29-da kütləvi hücum zamanı Andrey, demək olar ki, mümkün olmayanı etdi. O, pulemyot atəşi ilə raketi vurdu. Düşmən obyekti hədəfə çatmadı və sahəyə düşdü. Bu, inanılmaz hekayədir. Bunlar bizim hərbçilərimizin hər gün etdiyi qəhrəmanlıqlardır”, – deyə VHİ sədri bildirib.

Tacxeber.com

Oxşar xəbərlər