• 23 Noyabr 2024 08:36

Acı bibərin bir çox xəstəliklərə faydalı olduğunu bilirdinizmi?

 

 

Bibərdə ürək-damar funksiyasını və metabolik balansı yaxşılaşdırdığı düşünülən kapsaisin adlı bir molekul var. Kapsaisin həmçinin antiinflamatuar və ağrıkəsici xüsusiyyətlərə malikdir, aterosklerozdan qoruyucu təsir göstərir.

Acı bibərin tərkibində C vitamini, beta karotin və antioksidanlar olduğu üçün orqanizmi xərçəng, serebrovaskulyar xəstəliklər və infarkt riskinə qarşı qoruyur.

“Journal of the American College of Cardiology” jurnalında dərc edilən araşdırma, acı bibəri müntəzəm istehlak edən insanların ürək-damar xəstəliklərindən ölmə riskinin 34 faiz, digər səbəblərdən ölüm riskinin isə 23 faiz daha az olduğunu göstərilir.

  • Acı bibər qanı durulaşdıraraq bədən istiliyini artırır və qan dövranını sürətləndirir

  • Qan axını və qan təzyiqini tənzimləyir

    Qan hüceyrələrinə yapışan toksinləri çıxarır

  • Pis xolesterini aşağı salır

    Qan laxtalanmasının qarşısını alır

  • Xolesterin və şəkəri azaldır

Həzm problemi olmadığı halda müntəzəm acı bibər istehlakı orqanizmi xəstəliklərdən qoruyur.

Tacxeber.com

Oxşar xəbərlər