• 23 Noyabr 2024 08:20

Hər gün göy soğan yeyin! FAYDALARI

Hər gün göy soğan yeyin! FAYDALARI

 

Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır.

– Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təair edir, soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəaillərdə bu xüsusilə vacibdir.

– Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların çoxalmasının qarşısısnı alır.

– Göy soğanın tərkibində “kversetin” və “antosian” adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.

– Göy soğanın tərkibində olan xüsusi maddə “allisin” damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.

– Göy soğan qanin tərkibini yaxşılaşdırır.

– Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.

– Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dolyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Tacxeber.com

Oxşar xəbərlər