• 23 Noyabr 2024 06:21

Mənə dedi ki, hamamda oxuyacaqsan – Roza Zərgərli

 

Keçmiş müəllimim dedi ki, sən heç vaxt müğənni ola bilməyəcəksən

Tacxeber.com xəbər verir ki, bu haqda müğənni Roza Zərgərli “Tam vaxtıdır” verilişində danışıb:

“Bir müəllimim var idi. Gənc opera ifaçısı ilə həmin müəllimin yanına hazırlığa gedirik. Oğlanla bir-birimizi sevirdik. Müəllim əvvəllər məni tərifləyirdi. Sonra bildi ki, oğlanla bir-birimizi sevirik, mənə qarşı dəyişdi. Mahnı oxuyurdum, dedi ki, dayan, sən oxuya bilmirsən və heç vaxt oxuyan olmayacaqsan. Sən ərə getsən, uşaqların üçün hamamda oxuyacaqsan. Oradan çıxdım, evə qədər piyada gəldim. Amma sonra məni xalq artisti Azər Zeynalov, əməkdar artist Teymur Əmrah yoxladı, dedilər ki, mükəmməl oxuyur. Və mən konservatoriyaya qəbul oldum”.

Tacxeber.com

Oxşar xəbərlər