• 19 Sentyabr 2024 21:10

Bakıdakı partlayışın səbəbləri məlum oldu – Ölən və yaralananlar var – YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Bakı şəhəri, Binəqədi rayonu Cavadxan və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində yerləşən yaşayış binasında dəhşətli partlayış olub.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

 

Oxşar xəbərlər