Rusiyanı tərk edən Alla Puqaçovanın videomüraciəti yayıldı
Həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçən Xalq artisti Alla Puqaçovanın videomüraciəti yayılıb.
Tacxeber.com xəbər verir ki, vətənindən uzaqda yaşayan məşhur müğənni xoşbəxtliyə dair məsləhətlər verib. Ulduz bu fikirlərini onu tənqid edənlərə ünvanlayıb:
“Mənim anlayışıma görə, xoşbəxtlik hazırda hiss etdiyimdir. Mən azadam, ailəmlə bir yerdəyəm. Yeni ili məni anlayan, vicdanı, namusu, ləyaqəti olan insanların əhatəsində qarşılayıram”, – primadonna bəyan edib.
İddia olunur ki, sözügedən videonu müğənni yaxınlarından birinə Yeni İl təbriki kimi göndərib. Həmin şəxs isə videonu sosial mediada yayıb.