• 28 Sentyabr 2024 01:24

Səddamın tapancası Buşun əlinə necə keçib?

 

20 il ötdükdən sonra ABŞ-ın elit hərbi qüvvələrində xidmət etmiş veteran Səddamın həbsi əməliyyatının yeni təfərrüatlarını açıqlayıb.

 Tacxəbər xəbər verir ki, “Delta” xüsusi təyinatlılarının zabiti çavuş Kevin Holland deyib: “Səddamın həbsi zamanı ona söylədib: “Prezident Corc Buşdan sizə salam var”.

“Danger Close” adlı podkastda çıxış edən Holland bildirib ki, Səddamın sığınacağı ağac yarpaqları ilə örtülü olub. O və komandası kərpiclə hörülmüş dəliyi aşkarlayıb və içərisinə əl qumbarası atıb.

“Çuxurun içindən tüklü bir kişi peyda oldu və onu tutub dedik: “O`key! Odur”.

Amerikalı zabit həmin anı belə təsvir edib: “Komandamızda Səddamın orada gizləndiyini sübut edən məlumatlar vardı. Səddam yaxalayarkən əlində “Glock-18″ revolveri tutmuşdu. Qrupumuzun bir üzvü silahını Səddamın ağzına tuşladı və tapancanı ondan aldı. Bu revolver sonradan Corc Buşa bağışlandı. Səddam həbs olunan kimi danışmaq istəyirdi…” (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər