Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.
Tacxəbər qurumun saytına istinadən xəbər verir ki, 67 futbolçunun yer aldığı siyahıda millimizin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayevin adı da var. O, 25 qollla 55-ci pillədə qərarlaşıb. 26 yaşlı futbolçu bu qollardan 18-ni Misli Premyer Liqasında, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.
Qeyd edək ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. O, ötən il 56 qol vurub. Norveç millisinin və “Mançester Siti”nin oyunçusu Erlinq Haaland 46 qolla 2-ci, Malayziyanın “Johor” klubunun braziliyalı futbolçusu Berqson 46 qolla 3-cü olub. (Qol.az)