Evlənmək üçün nikah masasına əyləşən gənc cütlüyün şəxsiyyət vəsiqəsini səhv salan məmur gəlini başqa şəxsə ərə verib.
Tacxeber.com xəbər verir ki, bu, biabırçı olay Türkiyədə baş verib.
Yaşayış yerindən arayış alarkən vəziyyəti öyrənən cütlük şok yaşayıb. Toydan bir neçə gün sonra başqa evə köçmək istəyən cütlük gəlinin başqa kişi ilə evli olduğunu öyrənib. Gənc cütlük bal ayına belə gedə bilmədən ayrılıblar.
Başlarına gələn hadisə ilə bağlı danışan bəy bunu böyük səhv, qalmaqal adlandırıb:
“Evləndiyimi zənn etdiyim qadın başqasına ərə gedib. Bunu eşidəndə lağ edirlər. Bu, bal ayına getməli və xoşbəxtliyi yaşamalı olduğum zaman mənə əzab verdi”.
Hadisədən dərhal sonra bələdiyyəyə gedən gənclər səhvini izah edərək düzəltmək istəyiblər. Bələdiyyə rəsmiləri isə Türk Kimlik Nömrələrində səhv olduğunu bildirib və gəlini doğru adamla evləndiriblər. Lakin bu kifayət etməyib. Şübhələri olduğunu deyən bəylə gəlin ayrılıb. Cütlük evliliklərini bitirmək qərarına gəlib.
İki gənc nikah məmuru və bələdiyyəyə qarşı şikayət edib, cinayət işi açılıb.