• 22 Noyabr 2024 23:17

Azərbaycanda ət bahalaşdı

Azərbaycanda ət bahalaşdı

 

Azərbaycanda ətin qiyməti kəskin artıb.

Tacxeber.com xəbər verir ki, hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16 AZN, quzu ətinin kilosu isə 19-20 AZN təklif edilir.

Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.

Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.

Satıcılar bildirir ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.

Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını deyirlər. Onlar qeyd ediblər ki,  rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər