• 23 Noyabr 2024 05:36

“Qızıl alma”nın qırıcılardan inanılmaz üstünlüyü

 

“Qızıl alma” döyüş təyyarələrinə qarşı mübarizə apara biləcək. Bundan başqa, o, daha sürətli hərəkət edir. Hətta səsdən sürətli variantını hazırlamağı da düşünürük. Bu, az istifadə olunan variantdır. Bununla yanaşı, “Qızıl alma” aqresiv manevrlər edəcək.

Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

“Bu an etibarı ilə biz təyyarəni məhsul kimi hazırlayırıq. İşlər yekunlaşanda o, müəyyən tapşırıqlarda daha üstün olacaq. Pilotlu təyyarə pilotsuz təyyarədən çox ehtiyatlı olacaq. 4-cü nəsil təyyarələrə qarşı böyük üstünlük təmin edəcək. İntellektual süni intellektin yüksək səviyyəli qərarlar verməsini təmin edəcək və texnologiyalarla birləşdirildikdə, əlbəttə, gələcəkdə 5-ci nəsli geridə qoyacaq. “Akıncı” əsasən, kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş yüksək səviyyəli platformadır. 25 saata qədər havada qala, böyük yükləri, ölkəmiz tərəfindən hazırlanmış bütün sursatları, həmçinin dəqiq istiqamətləndirmə dəstlərini daşıya bilir. O, bir F-16 döyüş təyyarəsinin daşıya biləcəyi hər cür sursatı daşıya bilər”, – S.Bayraqdar qeyd edib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər