• 23 Noyabr 2024 08:24

Ələkbər Yasamallı səhhəti ilə bağlı açıqlama yaydı

“Azərbaycandayam, heç bir problem yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, doğmalarım, yaxınlarım, məni sevənlər, dəyər verənlər bilsinlər: hər şey yaxşıdır, qaydasındadır. Narahatçılığa səbəb yoxdur”.

Bu sözləri meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkə hesabında yazıb.

Ələkbər Almaniyaya köçmə və səhhətində problem olma məsələsinə aydınlıq gətirib:

“Sadəcə, şayiədir. İnsan gərək addım atanda düşünsün. Yaxınlarım narahat olur, nigaran qalırlar. Reytinqə görə belə şeylər etmək olmaz. Tələb edirəm ki, haqqımda yazılan yanlış informasiyaları silsinlər. Bakıdayam, Allah hər kəsə xoş günlər nəsib etsin”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Ələkbər Yasamallının bibisi oğlu olub. Həmin ərəfədə Ə.Yasamallının anası mediaya açıqlamasında oğlunun Almaniyada xəstəxanada olduğunu demişdi.

Tacxeber.com

Oxşar xəbərlər