Kanadada xaricilərə ev almaq haqqında qadağa qüvvəyə minib.
Tacxeber.com BBC-yə istinadən xəbər verir ki,yanvarın 1-dən Kanadanın daimi sakinlərinə və vətəndaşlığı olmayan insanlara ölkədə ev almaq qadağan edilir. Qanunu pozanlar isə 10000 kanada dolları məbləğində cərimə ediləcək.
Qanun bəzi xarici vətəndaşlar üçün iki il müddətinə qüvvəyə minib. Qadağa ölkədə daşınmaz əmlak bazarında vəziyyətin yaxşılaşdırılması üçün tətbiq edilib. Yayda olan vəziyyətə görə, Kanadada ev üçün orta qiymət 777,200 kanada dolları təşkil edirdi ki, bu da ailənin orta gəlirini 11 dəfədən çox üstələyirdi.
Bəziləri bu qadağaya tənqidi yanaşır.
Ontario və Britaniya Kolumbiyasında Kanada vətəndaşı olmayan ev sahiblərinin sayı 6 faizdən az təşkil edir. Mili statistikaya əsasən, ən yüksək ev qiymətləri də elə bu ərazilərdə qeydə alınıb.