• 22 Sentyabr 2024 20:29

Aztəminatlı ailələrə rus kilsəsi yardım göstərdi

Aztəminatlı ailələrə rus kilsəsi yardım göstərdi

 

Bakıdakı Mixail Arxangel Kilsəsinin prixodu İsa peyğəmbərin mövludu günü ilə bağlı xeyriyyə aksiyası keçirib.

Tacxeber.com Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının saytına istinadla xəbər verir ki, məbədin baş keşişi, xeyriyyə və sosial xidmət üzrə yeparxial şöbənin rəhbəri protoiyerey Mefodi Əfəndiyev və eyniadlı prixod şöbəsinin rəhbəri Emil Larionov Bakı şəhərinin Rus icmasının Nizami şöbəsində aztəminatlı ailələrlə görüşüblər. 30 aztəminatlı ailəyə humanitar yardım – “VTB – Azərbaycan” bankının dəstəyi və iştirakı ilə toplanan ərzaqlar paylanılıb, 50 uşağa isə xeyriyyəçilərin dəstəyi ilə Milad hədiyyələri verilib.

Oxşar xəbərlər