• 23 Noyabr 2024 07:52

Rusiyada dünyada analoqu olmayan ən güclü silahı döyüş xidmətinə çıxarıldı… – VİDEO

Rusiyada dünyada analoqu olmayan ən güclü silahı döyüş xidmətinə çıxarıldı... - VİDEO

“Admiral Qorşkov” gəmisi dünyada analoqu olmayan ən yeni hipersəsli “Sirkon” raket kompleksi ilə təchiz edilib…”

“Sirkon” çox sürətlidir və həm suüstü gəmidən, həm də syaltı qayıqdan buraxıla bilər…”

“Bu raket 1000 km məsafədə 9 max sürət inkişaf etdirə bilər…”

Rusiyada dünyada analoqu olmayan ən güclü silahı olan hərbi freqat döyüş xidmətinə çıxarılıb

Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu videoformatda “Sirkon” hipersəsli raketlərlə təchiz olunan “Admiral Qorşkov” freqatının (üçdorlu hərb gəmisi-red.) döyüş xidmətinə çıxarılması mərasimində iştirak edib.

Hərbi gəmi Atlantik və Hind okeanlarında, habelə Aralıq dənizində səfərə yollanıb.

Bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

“Gəmi analoqu olmayan ən yeni hipersəsli “Sirkon” raket kompleksi ilə təchiz edilib. Bu, dəniz bazalı hipersəsli sistemdir.

Biz indi ilk öncə hərbçilərlə ünsiyyətdəyik, amma indi, burada mən ilk növbədə hərbi-sənaye kompleksinin bu unikal silahı istehsal edən bütün mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm.

Dediyim kimi, bunun dünyanın heç bir ölkəsində analoqu yoxdur. Əminəm ki, belə güclü silah Rusiyanı potensial xarici təhlükələrdən qoruyacaq, ölkəmizin milli maraqlarının təmin edilməsinə kömək edəcək”, – Putin deyib.

Şoyqu dəqiqləşdirib ki, “Admiral Qorşkov”un yürüşü zamanı “Sirkonlar”ın tətbiqi sınaqdan keçiriləcək.

“Sirkon” Rusiyanın “Maşınqayırma Elmi-İstehsal Birliyi” tərəfindən işlənib hazırlanan hipersəsli gəmiəleyhinə qanadlı raketdir.

Bu raketin prinsipial fərqi Rusiyanın və başqa ölkələrin silahlanmasında olan digər gəmiəleyhinə raketlərə nisbətən sürətinin xeyli çox olmasıdır.

“Sirkon” dünyada ilk hipersəsli raketdir ki, həm suüstü gəmidən, həm də sualtı vəziyyətdə olan sualtı qayıqdan buraxılıb.

2019-cu ildə Putin Federal Məclisə müraciətində deyib ki, “Sirkon” “təxminən 1000 km-dən uzaq məsafədə 9 max sürət (11025.40 km/s) inkişaf etdirə bilər…”

Bundan başqa, o, qeyd edib ki, “Sirkon” həm dəniz, həm də yerüstü hədəfləri məhv edə bilər.

Yeni raket artıq “Kalibr” komplekslərinə uyğun istehsal edilən və ya tikilən gəmilər və ya sualtı qayıqlardan tətbiq ediləcək. (Moderator.az)

Oxşar xəbərlər