Leo Messinin İnstaqram tarixində ən çox bəyənmə toplayan şəkildəki Dünya Kubokunun saxta olduğu üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, Messinin məşhur yumurta şəklinin rekordunu qırdığı fotoda (74 milyondan çox bəyənmə) qaldırdığı kubok saxtadır. Bunu daha sonra Anxel di Mariya söyləyib.
Paula və Manuel adlı argentinalı bir cütlük milli komanda qələbəni qeyd edərkən oyunçulara imzalatmaq üçün meydançaya başqa bir kubok gətirib. Messi də həmin orijinal olmayan kuboku başı üzərinə qaldırıb.
Paula daha sonra Argentina mətbuatına açıqlamasında Messinin şəkil çəkdirdiyi kubokun onlarınkı olduğunu deyib: “Kubok meydançaya 3 dəfə aparıldı, ilk olaraq, Paradesin bir qohumu götürdü və imzaladı. Daha sonra futbolçuların ailələri istədi və kubokla şəkil çəkdirdilər. Lautaro Martines gətirdi və imzaladı. Şəkillərə baxanda Messinin kubokumuzla şəkil çəkdirdiyini gördük. Kubokun altındakı detallardan bizim olduğunu anladıq”.
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransaya qalib gələrək 3 qat dünya çempionu olub.