• 23 Noyabr 2024 09:48

Türkiyəli hakim etdiyi səhvə görə karyerasını başa vurdu

49 yaşlı referi Türkiyə Superliqasının 16-cı turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda baş verənlərdən sonra bu addımı atıb.

Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun əslində qaydalar çərçivəsində vurulduğunu təsdiqləyib.

Özgüçün VAR hakimi olduğu matçın 49-cu dəqiqəsində “Sivasspor”un vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv olunub. Ancaq ötən gün federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb.

Özgüç Türkalp isə yerli mətbuata açıqlamasında baş verənlərdə günahkar olduğunu bildirib və 28 illik karyerasını birdiyini elan edib. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər